Finlandiyanın “Patria” şirkəti Ukraynada silah istehsalına başlaya bilər.
APA xəbər verir ki, bu barədə “Defence News” hərbi portalı məlumat yayıb.
Qeyd olunub ki, şirkət zirehli texnika, artilleriya və sursat istehsalı üzrə ixtisaslaşıb və Ukraynada silah istehsalına başlamaq imkanını nəzərdən keçirir. Portalın qeyd etdiyi ki, Ukraynada “Patria” hərbi texnikasının istehsalına başlanılması böyük ehtimalla Finlandiya hakimiyyətinin maliyyə dəstəyi ilə olacaq.
Qeyd edək ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından indiyə qədər Helsinki Kiyevə 1,3 milyard avro dəyərində 18 hərbi və humanitar yardım paketi ayırıb.