Bank Of Baku

KİV: İsrail kəşfiyyatı HAMAS-ın hücüm hazırlığı barədə məlumatlı olub, lakin bunu təlim hesab edib

KİV: İsrail kəşfiyyatı HAMAS-ın hücüm hazırlığı barədə məlumatlı olub, lakin bunu təlim hesab edib
# 13 oktyabr 2023 10:18 (UTC +04:00)

İsrail kəşfiyyatı HAMAS-ın Qəzza zolağında hərbi əməliyyatlara hazırlığı barədə məlumat alıb, lakin səhvən bunu təlim hesab edib və həyəcan təbili çalmayıb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazır.

"Yüksək rütbəli hərbçilər və ümumi təhlükəsizlik rəsmiləri HƏMAS-ın hücumundan bir neçə saat əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla telefon danışıqları aparıblar. Onlar Qəzzadakı hərəkətlərin çox güman ki, təlim olduğu qənaətinə gəliblər və müzakirəni səhər saatlarında davam etdirməyə qərar veriblər.”, - nəşr yazır.

Qəzet onu da qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu, öz bəyanatında HƏMAS-ın ölkənin cənubundakı hücumundan əvvəl təhlükəsizlik orqanlarından heç bir xəbərdarlıq almadıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR