Fransa Prezidenti Emmanuel Makron ikinci müddətə Fransa Prezidentliyinə namizədliyini irəli sürəcək.
APA xəbər verir ki, bu barədə France İnfo radiostansiyası məlumat yayıb.
Məlumata görə, Makron sabah dərc olunacaq məktubunda bu barədə planlarını açıqlayacaq.
Fransada prezident seçkilərinin birinci turu 10 apreldə, ikinci tur isə 24 apreldə baş tutacaq.