İtaliyanın Milan şəhərində “Hermes” dizayn evinə məxsus anbardan 90 min avro dəyərində çantalar oğurlanıb.
APA xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri yazıb.
Anbara baxış keçirən əməkdaşlar qutulardakı orijinal çantaların digər ucuz məhsullarla dəyişdirildiyini aşkar edib.
Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.