Bank Of Baku

KİV: NATO-nun təklifi nəzərdən keçirilərkən ABŞ İsveçin sərhədlərini qoruyacaq

KİV: NATO-nun təklifi nəzərdən keçirilərkən ABŞ İsveçin sərhədlərini qoruyacaq
# 16 oktyabr 2022 17:57 (UTC +04:00)

İsveç və ABŞ ölkənin NATO-ya qəbulu dövründə İsveç sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

ABŞ Ordusunun Baş Qərargah rəisi general Ceyms Makkonvilin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb və ABŞ İsveçi müdafiə etməyə tam hazırdır. Müqavilə “İsveçin NATO-ya üzvlüyünə müraciətin əsasən qeyri-müəyyən və çətin dövründə” birgə hərbi əməliyyatlar üçün daha geniş imkanlar nəzərdə tutur.

İsveç ordusunun komandanı Karl Engelbrekson müqavilənin imzalanmasını şərh edib: "Müharibə zamanı ABŞ-ın yaxın dostu olmaq yaxşıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR