Roma Papası Fransisk aprelin 9-dan etibarən Ukraynada 2 həftəlik atəşkəs elan etməyi təklif edib.
APA xəbər verir ki, bu barədə TASS-a Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanovun pontifiklə şəxsi söhbətinə istinadən məlumat verib.
Onun sözlərinə görə, Roma Papası Fransisk katoliklər və pravoslavlar tərəfindən qeyd olunan Pasxa bayramı və Pasxa həftələri üçün aprelin 9-dan etibarən müharibə zonasında iki həftəlik atəşkəs yaratmağı təklif edib.
Katolik Kilsəsi bu il Pasxa bayramını ən yaxın bazar günü, aprelin 9-da, pravoslav xristianlar isə bir həftə sonra, aprelin 16-da qeyd edəcək.