KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur

Almaniya kansleri Olaf Şolts

© APA | Almaniya kansleri Olaf Şolts

# 09 sentyabr 2024 12:59 (UTC +04:00)

Almaniya kansleri Olaf Şoltsun hazırladığı Ukrayna üzrə sülh planı hazırda Rusiya hərbçilərinin nəzarətindəki ərazilər üzrə “status-kvo”nun qorunub-saxlanılmasını nəzərdə tutur.

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

Məqalədə göstərilir ki, o, tərəfləri danışıqlar masasına məhz bu təkliflə cəlb etmək, bununla da münaqişənin həllinə nail olub tarixdə sülhpərvər kansler kimi qalmaq niyyətindədir:

“Türingiya və Saksoniyadakı məğlubiyyətdən məyus olan O.Şolts sentyabrın 22-də Brandenburqda keçiriləcək səsvermədən sonra istefa təhlükəsi ilə üzləşə biləcəyini kifayət qədər yaxşı dərk edir. Buna görə də vəziyyətdən çıxış yolunu Ukrayna məsələsində barışdırıcı mövqe tutmaqda görür”.

Qeyd edək ki, bir qədər əvvəlki açıqlamasında Olaf Şolts Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması üçün təxirəsalınmaz addımların vacibliyindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR