Tacqoyma ilə bağlı Britaniya kralı III Çarlzla İngiltərə kilsəsi ilə münaqişə yaranıb. Anlaşılmazlıq mərasimin konkret məqamları ilə əlaqədardır.
APA-nın xəbərinə görə, bu barədə The Daily Mail məlumat verib.
Böyük Britaniya kralı III Çarlz və İngiltərə kilsəsinin ruhaniləri onun tacqoyma mərasiminin necə təşkil olunmasına dair fərqli fikirlərə malikdirlər. Monarx digər dinlərin nümayəndələrinin mərasimdə daha fəal iştirakını istəyir və bu, min illik milli ənənəyə ziddir.
Nəşr qeyd edir ki, bu yolla III Çarlz 30 il əvvəl verdiyi vədi - kral olduqdan sonra təkcə İngiltərə kilsəsinin deyil, krallığın bütün digər dinlərinin də himayədarı olacağı barədə dediyi sözləri yerinə yetirməyə çalışır.
Ehtimal olunur ki, kompromis kimi digər dinlərin nümayəndələri ilə III Karl ayrıca mərasim keçirə biləcək.