Bank Of Baku

KİV: Ukrayna qoşunları Artyomovski tərk edə bilər

KİV: Ukrayna qoşunları Artyomovski tərk edə bilər
# 25 fevral 2023 02:59 (UTC +04:00)

Qərb və Ukrayna rəsmiləri Ukrayna qoşunlarının Artyomovskini (Baxmut) tərk etməli ola biləcəyini etiraf ediblər.

APA xəbər verir ki, bu barədə “The Times” məqalə dərc edib.

Qeyd olunur ki, Qərb və Ukrayna hakimiyyəti Artyomovsk (Baxmut) şəhərinin strateji dəyərini aşağı salıb və Ukrayna Silahlı Qüvvələrinin şəhərdən çıxarılmasına icazə verib.

Eyni zamanda qeyd edilir ki, belə bir addım Ukrayna Silahlı Qüvvələrinə baha başa gələ bilər.

“Buranı tərk etmək mövqeləri itirmək deməkdir”, - deyə bildirilib.

Bundan əvvəl “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Artyomovsk yaxınlığındakı Berxovka kəndinin azad edildiyini bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR