Ukrayna Prezidenti Vladimir Zelenski NATO ilə bağlı ritorikasının tonunu yumşaldıb.
APA xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.
Bildirilib ki, NATO-nun Ukraynanın üzvlüyü ilə bağlı dəqiq vaxt cədvəli açıqlamamasını “absurd” adlandıran Zelenski bu səhər ölkəsinin alyansla eyni fikirdə olduğunu deyib və əsasən kollegial tonda çıxışlar edib.