Bank Of Baku

Kiyev kaset bombaların Rusiya ərazisində istifadə olunmayacağına zəmanət verib

Kiyev kaset bombaların Rusiya ərazisində istifadə olunmayacağına zəmanət verib
# 10 iyul 2023 04:57 (UTC +04:00)

Ukrayna tərəfinin ABŞ kaset sursatlarından istifadə etməsi bir neçə şərtlə məhdudlaşdırılacaq.

APA-nın xəbərinə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Birincisi, onlar Rusiya ərazisində istifadə etməyəcəklər, bu mərmilərdən yalnız öz ərazilərində istifadə edəcəklər. İkincisi, onlardan yaşayış məntəqələrində istifadə etməyəcəklər”, - Sallivan bildirib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Kiyevi kaset sursatları ilə təchiz etmək qərarının NATO müttəfiqləri arasında ixtilaf yarada biləcəyini gözləmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR