Bank Of Baku

Kiyev Krım körpüsünü partlatdığını etiraf edib

Kiyev Krım körpüsünü partlatdığını etiraf edib
# 09 iyul 2023 11:01 (UTC +04:00)

Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib.

APA-nın xəbərinə görə, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında bildirib.

Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR