Bank Of Baku

Kiyev regionunda ehtiyatda olan hərbçilərə 18 min silah-sursat paylanıb

Kiyev regionunda ehtiyatda olan hərbçilərə 18 min silah-sursat paylanıb
# 25 fevral 2022 16:11 (UTC +04:00)

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri Kiyev regionunda ehtiyatda olan hərbi qulluqçulara 18 min silah-sursat paylanılıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb.

Müdafiə naziri Oleksiy Reznikov və Baş Qərargah rəisi Valeri Zalujni keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, yaxın vaxtlarda daha çox silahın paylanılması nəzərdə tutulur.

“Tezliklə biz tərəfdaşlarımızdan müasir silahlardan və digər resurslardan ibarət əlavə dəstək əldə edəcəyik”, - birgə mətbuat konfransında bildirilib.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib, 18-60 yaş arası kişilərin ölkədən çıxmasına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR