Bank Of Baku

Kiyev vilayətində komendant saatı elan edilib

Ukrayna

© APA | Ukrayna

# 26 fevral 2022 19:27 (UTC +04:00)

Ukraynanın Kiyev vilayətində komendant saatı elan edilib.

APA xəbər verir ki, bu barədə Kiyev vilayətinin patrul polisi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, bütün Kiyev vilayətində bu gün saat 17:00-dan sabah saat 08:00-a qədər komendant saatı tətbiq edilir.

"Bu zaman xüsusi verilmiş icazə vəsiqələri və şəxsiyyət vəsiqəsi olmadan küçələrdə və digər ictimai yerlərdə olmaq qadağandır. İcazələriniz yoxdursa, evdə qalın", - deyə məlumatda qeyd olunub.

Polis vətəndaşları anlayışlı olmağa çağırıb. Bildirilib ki, bu tədbir regionun effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün zəruridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR