Bank Of Baku

Kiyevdə dəmiryol vağzalının ərazisinə mərmi düşüb - VİDEO

Kiyevdə dəmiryol vağzalının ərazisinə mərmi düşüb - VİDEO
# 03 mart 2022 01:14 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevin dəmiryol vağzalında yeraltı keçid ərazisində güclü partlayış olub.

APA unian.net saytına istinadən xəbər verir ki, bu barədə Telegram-da daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.

“Kiyevdəki Cənub Dəmiryol Vağzalına hava zərbəsi endirilib. Mərmi "İbis" otelinin yaxınlığında düşüb, stansiya binasına cüzi ziyan dəyib”,- deyə Qeraşenko bildirib. Onun sözlərinə görə, hadisə qatarların hərəkətinə mane olmayıb.

Anton Qeraşenko düşən mərminin mərkəz istilik xəttini zədələdiyini də deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Kiyevin bir hissəsi istiliksiz qala bilər.

Son məlumatlara görə, ölən və ya zərərçəkən yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR