Oktyabrın 16-na keçən gecə Kiyevdə həyacan siqnalı elan edilib.
APA xəbər verir ki, bu barədə şəhər administrasiyasının “Telegram” kanalında məlumat verilib.
“Kiyevdə həyəcan siqnalı elan edilib. Hər kəsdən təcili olaraq sığınacağa getmələrini xahiş edirik”, - deyə bildirilib.
Oktyabrın 15-də səhər saatlarında Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba bölgəyə raket zərbəsi endirildiyini bildirib.
***
Saat 02:58
Ukraynanın mərkəzi, cənubu və şərqində bir sıra bölgələrdə həyəcan siqnalı elan edilib.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, Zaporojye vilayətinin Dnepropetrovsk, Kropivnitski, Nikolayev, Sumı, Poltava, Xarkov, Çerkassı və Kiyevin nəzarətində olan hissələrində həyəcan siqnalının çaldığını bildirib.