Bank Of Baku

Kiyevdə komendant saatı tətbiq olunacaq

Kiyevdə komendant saatı tətbiq olunacaq
# 15 mart 2022 13:49 (UTC +04:00)

Kiyevdə martın 15-i saat 20:00-dan 17-si səhər saat 07:00-dək komendant saatı tətbiq ediləcək.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko "Telegram" hesabında bildirib.

“Hərbi komandanlığın qərarına əsasən, bu gündən, martın 15-i saat 20:00-dan Kiyevdə komendant saatı tətbiq olunacaq. Xüsusi icazələr olmadan şəhərdə hərəkət qadağan edilir. Siz ancaq sığınacağa getmək üçün çıxa bilərsiniz. Komendant saatı martın 17-si səhər saat 07:00-a qədər davam edəcək”, - o qeyd edib.

Şəhər meri sakinləri iki gün evdə qalmağa və ya həyəcan siqnalı verildiyi halda gizlənməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR