Bank Of Baku

Kiyevdə müharibə vaxtı 89 nəfər öldürülüb

Kiyevdə müharibə vaxtı 89 nəfər öldürülüb
# 06 aprel 2022 18:14 (UTC +04:00)

İşğal başlayandan Kiyevdə uşaqlar da daxil olmaqla ən azı 89 nəfər öldürülüb, 167 ev dağıdılıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının “Telegram” hesabındakı paylaşımında bildirilib.

Əlavə olunub ki, şəhərdə 20-si uşaq olmaqla ümumilikdə 398 nəfər yaralanıb.

Məlumatda o da qeyd olunub ki, Rusiya qoşunları 44 məktəb binasını, 11 inzibati binanı, 26 uşaq bağçasını və körpələr evini dağıdıb. Eləcə də, iki idman obyekti, 4 sosial müəssisə, 17 səhiyyə müəssisəsi, 10 mədəni müəssisə və 48 nəqliyyat infrastrukturu Rusiya tərəfindən hücuma məruz qalıb.

Administrasiya sakinləri ayıq-sayıq olmağa və hava hücumu həyəcan siqnalları zamanı sığınacaqda olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR