Kiyevdə ticarət mərkəzinin atəşə tutulmasının təfərrüatı məlum olub.
APA UNİAN-a istinadən xəbər verir ki, paytaxtın Podolski rayonunun atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.
***
02.14
Kiyevin Podolski rayonunda bir neçə partlayış səsi eşidilib.
APA UNİNA-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram"da məlumat verib.
"Paytaxtın Podolski rayonunda bir neçə partlayış baş verib. Verilən məlumata görə,hadisə yaşayış evlərinin və ticarət mərkəzlərinin olduğu ərazidə baş verib", - deyə o bildirib.
Kliçkonun sözlərinə görə, xilasedicilər, həkimlər və polis artıq hadisə yerindədir.