Bank Of Baku

Klinton: Təəssüf edirəm ki, Ukraynanı nüvə silahından imtina etməyə inandırdım

Klinton: Təəssüf edirəm ki, Ukraynanı nüvə silahından imtina etməyə inandırdım
# 05 aprel 2023 02:27 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bildirib ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayarkən Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına təəssüflənir.

APA-nın xəbərinə görə, Klinton bunu İrlandiyanın RTE telekanalına müsahibəsində deyib.

“Bu işdə bilavasitə iştirak etmişəm. Onları (Ukrayna) nüvə silahından imtina etməyə razılaşdırdım”, - Klinton iddia edir.

Amerikanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya müharibəyə başlamazdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR