Bank Of Baku

Kobaxidze: Aİ-nin Gürcüstana namizəd statusunu ikinci dəfə verməməsinin siyasi riskləri olacaq

Kobaxidze: Aİ-nin Gürcüstana namizəd statusunu ikinci dəfə verməməsinin siyasi riskləri olacaq
# 04 iyul 2023 11:34 (UTC +04:00)

Gürcüstanın Avropa İttifaqından (Aİ) namizəd statusunu ikinci dəfə ala bilməməsini ictimaiyyət izah etmək çətin olacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib. Partiya sədri Avropa Komissiyasının bu ilin dekabrında müsbət qərar qəbul edəcəyinə ümid etdiyini qeyd edib.

Kobaxidze mənfi qərarın müəyyən siyasi riskləri olduğunu, lakin bu risklərin bu gün müzakirəsindən qaçıldığını əlavə edib.

“Əgər gələcəkdə mənfi qərar qəbul edilərsə, biz bütün məsələləri ictimaiyyətlə müzakirə etməli olacağıq”, - Kobaxidze deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR