Bank Of Baku

Kobaxidze: Gürcü xalqı rusofob deyil

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 08 avqust 2026 12:15 (UTC +04:00)

“Gürcü xalqı rusofob deyil. Gürcüstandakı rusofoblar xarici agentlərdir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəinki rusofobiya, istənilən fobiya belə gürcü xalqına xas deyil.

Baş nazir qeyd edib ki, Gürcüstanda rusofobiyanı süni şəkildə qızışdırmağa cəhdlər edilir və bu, ölkəyə qarşı təxribat kimi qiymətləndirilməlidir.

Kobaxidze Gürcüstan hökumətinin ölkədə rusofob kampaniyalara qarşı effektiv mübarizə apardığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR