Bank Of Baku

Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutunun icrasını müzakirə ediblər

Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutunun icrasını müzakirə ediblər
# 08 avqust 2026 12:37 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün baş tutan telefon danışığında Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

APA xəbər verir ki, tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR