Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib

Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib
# 09 sentyabr 2024 13:36 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı Kiyevin addımının siyasi motivli olmadığını qeyd edib.

O əlavə edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib.

“Bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır", - Kobaxidze deyib.

Qeyd edək ki, Ukrayna XİN başçısı Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Ukraynalı nazir bu barədə “Facebook” paylaşımında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR