Bank Of Baku

Kobaxidze yenidən Gürcüstanın Baş naziri vəzifəsinə təsdiqlənib

Baş nazir İrakli Kobaxidze

© APA | Baş nazir İrakli Kobaxidze

# 28 noyabr 2024 13:51 (UTC +04:00)

Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament yekdilliklə Baş nazir namizədi İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad göstərib.

Sessiyada iştirak edən 84 deputat lehinə səs verib. Yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib, bunlardan biri xarici işlər naziridir. Sabiq XİN başçısı İliya Darçiaşvilini Maka Boçorişvili əvəz edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR