Bank Of Baku

Komitə sədri: ABŞ İsveçin oktyabrda NATO-ya üzv olacağını gözləyir

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl MakKaul, İsveç XİN rəhbəri Tobias Billström

© APA | ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl MakKaul, İsveç XİN rəhbəri Tobias Billström

# 01 sentyabr 2023 17:14 (UTC +04:00)

ABŞ İsveçin oktyabr ayında NATO-ya üzv olacağını gözləyir.
APA SVT telekanalına istinadən xəbər verir ki, bu barədə İsveçdə səfərdə olan ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Maykl MakKaul İsveç xarici işlər naziri Tobias Billströmlə keçirdiyi mətbuat brifinqində deyib.


O bildirib ki, ABŞ İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözləyir.
"ABŞ İsveçin Türkiyə tərəfindən ratifikasiyasının oktyabrda baş verəcəyini gözləyir. Mən onların (Türkiyə -red.) bu məsələdə geri çəkiləcəklərinə dair heç bir işarə görmürəm", o deyib.
İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyi təqdirdə Türkiyənin ABŞ-ın F-16 təyyarələrini ala bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq MakKaul deyib ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə icazə vermədiyi müddətcə F-16-ların satışı aktual deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR