Gürcüstanın Konstitusiya Məhkəməsi hakim "Gürcü Arzusu" partiyasının Prezidentin impiçmenti ilə əlaqədar təqdim etdiyi təqdimatına yekun rəyini açıqlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məhkəmə Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən edib.
Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı qərarı dəstəkləyib.
Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək.