Bank Of Baku

Kreml: Moskva və Vaşinqton arasında nadir torpaq metallarına dair heç bir sənəd imzalanmayıb

Kreml: Moskva və Vaşinqton arasında nadir torpaq metallarına dair heç bir sənəd imzalanmayıb
# 31 mart 2025 15:05 (UTC +04:00)

Moskva və Vaşinqton arasında nadir torpaq metallarının çıxarılması üzrə birgə layihələrə dair heç bir sənəd imzalanmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, iki ölkə arasında qarşılıqlı sanskiyaların hələ də qüvvədə olduğunu xatırladıb: "Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Rusiya və ABŞ bizneslərinin birgə layihələrdə qarşılıqlı marağının iki ölkə arasında münasibətlərdə vəziyyətin yaxşılaşdırılmasının ilkin mərhələsi adlandırıb: "Bu münasibətlərimizin ən aşağı həddə düşdüyü dövrdən sonra yalnız ilkin mərhələdir. Ona görə də vəziyyəti düzəltmək üçün əhəmiyyətli səylər lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR