Bank Of Baku

Kreml: Putin-Makron görüşü yaxın gələcəkdə baş tuta bilər

Vladimir Putin, Emmanuel Makron

© APA | Vladimir Putin, Emmanuel Makron

# 01 fevral 2022 14:27 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında yaxın gələcəkdə təkbətək görüş baş tuta bilər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüş yaxın gələcəkdə baş tuta bilər. Bütün detallar dəqiqləşəndən sonra sizə məlumat verəcəyik”, - Peskov bildirib.

Qeyd edək ki, yanvarın 31-də Makron və Putin arasında telefon danışığı olub. Onlar təmasların davam etdirilməsi barədə razılığa gəliblər və yaxın gələcəkdə üzbəüz görüşün keçirilməsi imkanının mümkünlüyünü qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR