Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etməyənə qədər Moskva ilə Ankara Putinlə Ərdoğan arasında görüşün keçirilməsini müzakirə etməyəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Kreml rəsmisi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna liderlərinin görüşməsi ehtimalına da toxunub: “Yox, bu məsələdə hər hansı konkretlik yoxdur”.