Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı "Qvardeyskoye" hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb.
Bu barədə “RBK-Ukrayna” "Krımski Veter" Telegram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb.
Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da davam edir.
Qeyd olunur ki, Rusiya ordusu bu aerodromdan zərbə pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.