Bank Of Baku

Kuleba AEBA-nı Ukraynaya ekspertlər göndərməyə çağırıb

Kuleba AEBA-nı Ukraynaya ekspertlər göndərməyə çağırıb
# 24 oktyabr 2022 13:34 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini Ukraynaya dəvət edib.

APA xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.

“Rafael Qrossi ilə telefon söhbətim zamanı mən AEBA-nı Rusiyanın aldadıcı şəkildə çirkli bomba hazırladığını iddia etdiyi Ukraynadakı dinc obyektlərə təcili olaraq ekspertlər göndərməyə çağırdım. O, razılıq verdi. Rusiyadan fərqli olaraq, Ukrayna həmişə şəffaf olub və belə olaraq qalır. Bizim gizlətməyə heç nəyimiz yoxdur”, - Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR