Bank Of Baku

Kuleba AES-lərin ətrafında təhlükəsizlik zonasının yaradılmasını təklif edib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 04 mart 2022 18:01 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədəki atom elektrik stansiyalarının ətrafında təhlükəsizlik zonasının yaradılmasını təklif edib.

APA-nın xəbərinə görə, bu barədə Kuleba "Twitter"də bildirib.

Ukrayna XİN başçısı bildirib ki, ölkəsinin nüvə arsenalını bərpa etməsi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

“Avropada fəlakətin qarşısını almaq üçün onların ətrafında təhlükəsizlik zonaları yaradılmalıdır”, - Ukrayna XİN rəhbəri deyib.

Xatırladaq ki, martın 3-dən 4-nə keçən gecə Rusiya qüvvələrinin Ukraynanın Zaporojye AES-ə endirdiyi zərbə nəticəsində AES-in ərazisində yanğın qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR