Bank Of Baku

Kuleba Çexiya, Fransa və İspaniyaya səfər edəcək

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 28 avqust 2023 12:05 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu həftə Çex Respublikası, Fransa Respublikası və İspaniya Krallığına səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 28-də Kuleba Praqada çexiyalı həmkarı Yan Lipavskinin dəvəti ilə səfirlərin illik konfransının fəxri qonağı kimi Çexiya səfirlərinin qarşısında çıxış edəcək. Nazir həmçinin hərbi-texniki əməkdaşlığın inkişafına dair ikitərəfli danışıqlar aparacaq.

Avqustun 29-30-da Parisdə ukraynalı nazir Fransa rəhbərliyi və Fransanın müdafiə-sənaye kompleksinin aparıcı şirkətləri ilə danışıqlar aparacaq. Fransalı həmkarı Ketrin Kolonnanın dəvəti ilə o, həmçinin Fransa səfirlərinin konfransının fəxri qonağı olacaq.

Avqustun 31-də İspaniyanın Toledo şəhərində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Ukrayna XİN yaydığı məlumatda bildirib ki, Çexiya, Fransa və İspaniyada keçiriləcək danışıqların əsas mövzuları yeni silah təchizatı, xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi, Sülh Formulunun təbliği və Qlobal Sülh Sammitinə hazırlıq, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR