Bank Of Baku

Kuleba: “Rusiya neft-qazından imtina etmək baxımından ən problemli ölkə Almaniyadır”

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 14 mart 2022 17:43 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Rusiya neft-qazından imtina etmək baxımından ən problemli ölkə sayır.

APA Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Kuleba keçirdiyi onlayn brifinqdə bildirib.

“ABŞ, Böyük Britaniya və Kanada Rusiya neft-qazından artıq imtina edir. Biz Avropa İttifaqı ölkələri ilə də Rusiyanın enerji daşıyıcılarından imtina etməsi üçün çalışırıq. Burada ən böyük problem Almaniya ilə bağlıdır. Rusiya neft-qazından imtina Almaniya üçün fövqəlçətin qərardır. Amma biz onlarla iş aparırıq və inanırıq ki, sonda səsimiz eşidiləcək”, - Kuleba deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR