Bank Of Baku

Kuleba tərəfdaş ölkələri Rusiya ilə diplomatik əlaqələri kəsməyə çağırıb

Kuleba

© APA | Kuleba

# 24 fevral 2022 17:28 (UTC +04:00)

Bessarabiya və Qara dəniz əməliyyat zonalarında təxribat-kəşfiyyat qruplarının fəaliyyəti qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna qüvvələri müdafiə əməliyyatına keçib.

Ukraynanın Rusiya ilə diplomatik əlaqələri kəsdiyini xatırladan xarici işlər naziri Dmitri Kuleba ölkəsinin bütün tərəfdaşlarını bənzər addımı atmağa çağırıb.

“Bu konkret addımla siz Ukraynanın yanında olduğunuzu və İkinci Dünya müharibəsindən sonra Avropada həyata keçirilən ən açıq təcavüz aktını qəti şəkildə rədd etdiyinizi nümayiş etdirəcəksiniz”, - Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR