Kuleba Ukraynanın "Patriot" sistemlərinə zəruri ehtiyacı olduğunu deyib

Ukrayna xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 11 aprel 2024 12:14 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsinin "Patriot" sistemlərinə təcili ehtiyacı olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Dmitri Kuleba "X" hesabında paylaşımında bildirib.

Nazirin sözlərinə görə, gecə boyu Rusiya ilk növbədə Ukraynanın mülki infrasturkturunu hədəf alaraq bu ölkəyə 80-dən çox raket və PUA ilə hücum edib. "Onlardan altısı ballistik raketlər idi. Ukrayna dünyada ballistik zərbələrlə üzləşən yeganə ölkə olaraq qalır. Hazırda "Patriotlar"ın olacağı başqa bir yer yoxdur.

Əminəm ki, Ukraynaya təminatla bağlı hökm sahibi olanlar heç olmasa Xarkovda bir gecə keçirsəydilər, bütün lazımi qərarlar tez qəbul olunardı. Mən də onlarla birlikdə getməyə hazıram", - Kuleba qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR