“Bizim Türkiyə ilə əla münasibətlərimiz var, müdafiə sahəsində əməkdaşlığımız dayanıqlı şəkildə inkişaf edir”.
APA-nın xəbərinə görə bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
D. Keleba bildirib ki, Türkiyə Ukraynanın mübarizəsini dəstəkləyir: “Xüsusilə qeyd etməliyəm ki, bir çox Avropa ölkələrindən əvvəl Türkiyə bu dəstəyi verib. Sadəcə, xatırlatmaq istəyirəm ki, Almaniya dünən silahların verilməsi ilə bağlı siyasətini dəyişdiyini elan etdi, lakin 5 gün əvvəl deyirdi ki, bu məsələ ilə bağlı siyasətini dəyişməyəcək. Dəyişiklik etdilər, biz bunu qiymətləndiririk. Lakin bəzi ölkələr bu cür dəyişiklikləri aylar, illər əvvəl etsəydilər, biz bu müharibə ilə üzləşməyəcəkdik, vətəndaşlarımız həlak olmayacaqdı. Bu gün baş verənlər illərdir ki, Qərb liderlərinin Rusiyanı sakitləşdirmək, yola vermək siyasətinin nəticəsidir. Nəhayət, onların gözləri açıldı, bizim illərlə dediyimiz həqiqətin fərqinə vardılar. Çox gecdir, amma bu siyasi dəyişikliyi qiymətləndiririk. Bu, qələbə və ya məğlubiyyətlə bağlı məslə deyil, biz nə qədər insanın vətəndaşımızın həyatını xilas edə bilərik, onun üçün çalışırıq”.
***
saat 18.31
“Rusiyaya təbi qaz və neft embarqosu tətbiq olunmalıdır”.
APA-nın xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba bildirib.
D. Kuleba deyib ki, əks halda sanksiyalar Rusiyaya ciddi təsir etməyəcək: “Ukraynaya silah və humanitar yardım edən ölkələri unutmayacağıq. Xüsusən tanklara qarşı silahlara, raketlərə, atıcı silahlara daha çox ehtiyacımız var”.
Ukrayna XİN başçısı qeyd edib ki, əvvəllər ultimatumlarla danışan Rusiya məğlubiyyətlərlə üzləşəndən sonra indi sadəcə, yalnız danışmaq istədiyini bildirir: “Dünyadakı dostlarımızın yardımına görə minnətdarıq. Bu, təkcə bizim mübarizəmiz deyil”.