Bank Of Baku

Kuril adalarında və Yaponiyada güclü zəlzələ olub

Kuril adalarında və Yaponiyada güclü zəlzələ olub
# 10 may 2019 08:38 (UTC +04:00)

Rusiya Elmlər Akademiyasının Geofizika Araşdırmalar Mərkəzinin Saxalin şöbəsi cümə günü səhər saatlarında Kuril adalarının Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alındığı barədə məlumat yayıb.  

ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, "5.6 bal gücündə bir zəlzələ episentri Onekotan adasının 88 kilometr şərqində 69 kilometr dərinliyində olub.  Zəlzələ Paramuşir adasının rayon mərkəzində 3-4 bal gücündə hiss edilib.

 Təxminən eyni saatlarda Yaponiyada da güclü zəlzələ qeydə alınıb. 6,3 bal gücündə hiss olunan zəlzələ Kyuşu adasının cənub-şərqində qeydə alınıb.   Zəlzələnin episentri Miyadzakidə 20 kilometr dərinliyində olub.  Əvvəlcə sunami təhlükəsi elan olunsa da, sonradan bu xəbər təkzib edilib.  Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR