Latviya Rusiya vətəndaşlarına viza verilməsi prosesini dayandırıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bundan başqa, Rusiyadakı səfir məsləhətləşmələr üçün Riqaya geri çağırılıb.
Xatırladaq ki, bundan öncə, Avropa İttifaqının digər üzvü Çexiya da Rusiya vətəndaşlarına viza verilməsini dayandırmışdı.