Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhəddə sərhədçilərin təcili səfərbər olunduğunu elan edib.
APA-nın məlumatına görə, bu barədə qurumun saytında məlumat verilib.
“Bu qərar son 24 saat ərzində Latviya-Belarus dövlət sərhədində sürətlə artan hibrid təhlükə ilə əlaqədar qəbul edilib, bu müddətdə sərhədi qanunsuz keçməyə 96 cəhd aşkar edilib”, - xidmətdən bildirilib.
Səfərbərliklə əlaqədar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məzuniyyətlərin verilməsi dayandırılıb, artıq məzuniyyətə çıxanlar üçün isə vaxtından əvvəl geri çağırılıb.