Latviya Seymi birinci oxunuşda immiqrasiya qanununa ruslar üçün dövlət dili imtahanından keçmək üçün möhlət nəzərdə tutan düzəlişləri qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Seymin mətbuat xidməti bildirib.
“Dəyişikliklər uzunmüddətli perspektivdə Latviyada qalmağa davam etmək istəyən və latış dilini danışıq səviyyəsində bilənlər üçündür”, - deyə məlumatda bildirilir.
Beləliklə, latış dili imtahanından keçməyən ruslar iki illik möhlət alacaqlar - bu müddət ərzində onlar sosial təminat almaq və işə düzəlmək hüquqlarından istifadə etməyə davam edəcəklər.