Lavrov-Blinken görüşü başa çatıb - YENİLƏNİB

Blinken, Lavrov

© APA | Blinken, Lavrov

# 21 yanvar 2022 15:38 (UTC +04:00)

İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçirilən görüş başa çatıb.

APA RİA Novosyi-yə istinadən xəbər verir ki, görüş 1,5 saat davam edib.

Tərəflərin danışıqların nəticəsi olaraq jurnalistlər üçün ayrı-ayrılıqda brifinq keçirəcəyi gözənilir.

***

14:10

İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşlərdə Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə ediləcək.

Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR