Litva Ukraynaya silah-sursat tədarükünü və hərbi personalın təlimini davam etdirəcək.
APA xəbər verir ki, bunu Kiyevə gözlənilmədən səfər edən Litva Prezidenti Gitanas Nauseda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı deyib.
Nausedanın sözlərinə görə, ölkəsi Ukraynaya ümumi dəyəri 200 milyon avro olan uzunmüddətli hərbi yardım planını təsdiqləyib və ümid etdiyini bildirib ki, bu yardım çərçivəsində NASAMS zenit-raket komplekslərinin bir partiyası gələn ay Ukraynaya təhvil veriləcək.
Litva rəhbəri onu da əlavə edib ki, ölkəsinin Kiyevə hərbi, humanitar və maliyyə yardımının ümumi dəyəri 1 milyard avroya çatıb ki, bu da respublikanın ümumi daxili məhsulunun 1,42 faizini təşkil edir.