Bank Of Baku

Litva Macarıstanın maraqlarını nəzərə almaqla “Rosatom”a qarşı sanksiyalar təklif edib

Litva Macarıstanın maraqlarını nəzərə almaqla “Rosatom”a qarşı sanksiyalar təklif edib
# 05 aprel 2023 05:41 (UTC +04:00)

Litva Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaların tətbiqi ilə bağlı yeni təkliflər hazırlayıb. Bunların köməyi ilə Macarıstanın vetosundan yan keçmək mümkün olacaq.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Litva Xarici İşlər Nazirliyinin hazırladığı sənəddə deyilir.

Litva Macarıstan üçün istisna hal təklif edir: Macarıstan Paks AES-i genişləndirilməsi layihəsi üzərində işləyən “Rosatom” ilə əməkdaşlığı dayandırmaq üçün 9 il vaxt vermək təklif olunur. Həmçinin, bütün Aİ ölkələrinə “Rosatom”la bağlanmış bütün müqavilələrdən 2 il ərzində mərhələli şəkildə imtina etməyə icazə verilməsi təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR