Litva Ukraynaya zirehli maşınlar göndərib - FOTO

Litva Ukraynaya zirehli maşınlar göndərib - FOTO
# 06 aprel 2024 11:00 (UTC +04:00)

Litvanın növbəti hərbi yardımı Ukraynaya çatıb.

APA xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin "X" hesabında bildirilib.

"Qələbə nə tələb edərsə. Ötən gecə Litvanın yeni hərbi dəstəyi Ukraynaya çatıb: biz M577 zirehli maşınlarını təhvil verdik", - paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR