Bank Of Baku

Londonun hava limanında bağlamalardan birində uran izi tapılıb

Hitrou hava limanı

© APA | Hitrou hava limanı

# 11 yanvar 2023 12:26 (UTC +04:00)

Londonun Hitrou hava limanında sərhəd xidmətinin əməkdaşları yoxlama zamanı üzərində uran izləri olan bağlama tapıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan hadisə ötən il dekabrın 29-da baş verib və hazırda araşdırmanın ilkin mərhələsi başa çatıb.

Araşdırma nəticəsində məlum olub ki, bağlamanın üzərində aşkar olunmuş çirklənmiş materialın miqdarı az olub və ekspertlərin fikrincə, ətraf üçün təhlükə törətmir. Qeyd edilib ki, istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR