Bank Of Baku

Luvr muzeyinə bomba qoyulması xəbəri yalan olub - VİDEO - YENİLƏNİB

Luvr muzeyinə bomba qoyulması xəbəri yalan olub  - VİDEO  - YENİLƏNİB
# 14 oktyabr 2023 23:41 (UTC +04:00)

Fransa hüquq-mühafizə orqanları Luvr muzeyi, Versal sarayında heç bir partlayıcı maddə aşkarlamayıb.

APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

Qeyd edək ki, bomba həyacanı ilə bağlı minlərlə ziyarətçi təxliyə edilmişdi.

***

Saat 16:16

Fransanın ən böyük muzeylərindən biri olan Parisdəki Luvr muzeyinə bomba qoyulması xəbəri yayılıb.

APA xəbər verir ki, bu barədə BFMTV kanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Bomba xəbəri yayıldıqdan sonra muzeyin qapıları ziyarətçilər üçün bağlanıb. Qeyd edilib ki, muzeyə gedənlər təcili təxliyə edilib, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR