Ukraynanın Lvov vilayətində son sutkada sovet əsgərlərinin iki abidəsi sökülüb.
APA UNİAN-a istinadla xəbər verir ki, abidələr Zavodskoye və Podqayçiki kəndlərində sökülüb.
Bir gün əvvəl Lvov vilayət hərbi idarəsi iki həftə ərzində 6 rayonda 21 sovet abidəsinin söküldüyünü bildirmişdi.