Bank Of Baku

Macarıstan Aİ-Merkosur razılaşmasının əleyhinə səs verəcək

Macarıstan XİN rəhbəri- Peter Siyarto

© APA | Macarıstan XİN rəhbəri- Peter Siyarto

# 08 yanvar 2026 13:29 (UTC +04:00)

Macarıstan sabah Avropa İttifaqı ölkələri arasında keçiriləcək səsvermədə Aİ-Merkosur azad ticarət razılaşmasının əleyhinə səs verəcək.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.

Nazir bildirib ki, Aİ Komissiyası Cənubi Amerikadan gələn kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına limitsiz axını üçün çalışır və bu macarıstanlı fermerlərin qazancına mənfi təsir göstərəcək.

“Biz bu qərara qarşı çıxırıq. Brüssel yenə də bizim fermerlərimizin maraqlarını heçə sayır”, - Siyarto vurğulayıb.

Qeyd edək ki, Aİ-Merkosur ticarət müqaviləsi Cənubi Amerika ölkələrinin kənd təsərrüfatı məhsullarının Avropaya ixracı ilə bağlı razılaşmadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR